ABŞ-dan Somaliyə zərbə: İŞİD lideri və silahlılar məhv edildi

ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının lideri Abdulkadir Muminin olduğu yerə zərbə endiriblər.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, Mumi terror təşkilatının elan olunmamış ali lideridir.

Bundan əvvəl ABŞ-də Tacikistanın səkkiz vətəndaşının tutulduğu, onların İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilindikləri xəbər verilib. Telekanalın məlumatına görə, müttəhimlər üç şəhərdə – Los-Anceles, Nyu-York və Filadelfiyada Federal Təhqiqat Bürosunun (FTB) reydləri zamanı həbs edilib.

Qeyd olunur ki, saxlanılanların hamısı ABŞ-yə Meksikadan – ölkənin cənub sərhədindən daxil olub. Onlardan ikisi ABŞ-yə 2023-cü ilin yazında gəlib. Mənbələr NBC-yə FTB-nin şübhəliləri bir neçə ay izlədiyini söyləyib. Buna baxmayaraq, Tacikistan vətəndaşlarına qarşı hələ ittiham irəli sürülməyib və saxlanılma miqrasiya qanunlarının pozulması ilə əlaqələndirilib.