ABŞ-dan riskli həmlə: Rusiya ilə toqquşma ola bilər

ABŞ üçün ən qəbuledilməz məqam öz qoşunlarının Rusiya ilə birbaşa toqquşmasıdır.

Globalinfo.az bildirir ki, bu iddia ilə rusiyalı politoloq Aleksandr Baunov çıxış edib.

Onun sözlərinə görə, Vaşinqton bu istiqamətdə öz mövqeyinə mühüm korrektələr etməyə çalışacaq:

“Ukrayna üzərində uçuşa qadağan zonanın yaradılması barədə söhbətlər yenilənəcək. Bunu bütün ölkə üzərində tətbiq etmək Rusiya ilə toqquşmaya bərabərdir, ona görə də söhbət yalnız NATO ilə sərhəd olan rayonlardan gedəcək. Mövcud kanallar vasitəsilə (Narışkin-Berns xətti – A.B.) Vaşinqton Kremlə Ukraynanın qərb rayonlarında fəaliyyətinin qəbuledilməzliyini çatdıra bilər”, – o bildirib.

Qeyd edək ki, Ukrayna səmasının uçuşa qadağan zona elan edilməsi ilə bağlı iddia müharibənin başlanğıcından mövcuddur. Son insidentdən sonra bu məsələ yenidən gündəmə gətirilsə də, Almaniya dərhal buna qarşı çıxaraq, istənilən belə cəhdin əleyhinə olacağını deyib. Maraqlı məqam məhz bu məsələnin Avropanı faktiki olaraq iki yerə bölməsidir.

İlkin
Globalinfo.az