
ABŞ Dövlət Departamenti İran Məsud Pezeşkianın prezident seçilməsinə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Dövlət Departamentindən “İran İnternational”a bildirilib ki, seçkinin nəticəsi ABŞ-İran münasibətlərinə təsir etməyəcək.
“Namizədlər deyiblər ki, İranın siyasətini onun ali dini lideri müəyyən edir və seçkilər buna görə Vaşinqtonun Tehrana yanaşmasında əhəmiyyətli təsir yaratmayacaq” – deyə ABŞ Dövlət Departamentinin adı çəkilməyən nümayəndəsi deyib.
Vaşinqton Pezeşkianın qalib gəlməsinə baxmayaraq, İrandakı seçkinin burada əhalinin çox hissəsinin iştirak etmədiyinə görə azad olmadığına inandığını bildirib.
Qeyd edək ki, İrandakı seçkidə azərbaycanlı Məsud Pezeşkiyan qalib gəlib.
Tahir Turan
Globalinfo.az