Həmçinin oxuyun:

Azərbaycan neftinin qiyməti kəskin dəyişə bilər – Rəqəm

tehran vasinqton scaled

ABŞ-ın B-2 bombardmançı təyyarələrinin İranda nüvə obyektlərinə endirdiyi zərbələr sonrasında beynəlxalq səviyyədə ciddi mübahisələr yaranıb. İran rəsmiləri zərbələrin təsirli olmadığını iddia edərək, bu əməliyyatın öz ölkələrinin nüvə proqramına böyük zərbə vurmadığını vurğulayırlar. Digər tərəfdən, ABŞİsrail isə əməliyyatın uğurla həyata keçirildiyini, İranın nüvə infrastrukturunun zərər gördüyünü və bunun da regionda təhlükəsizliyi təmin etmək üçün atılan mühüm bir addım olduğunu bəyan edirlər.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, ABŞ münaqişəni sonlandırmaq məqsədilə İranın nüvə obyektlərinə zərbə endirib:

“Rəsmi Vaşinqton öz imicini qorumaq üçün nüvə müharibəsini bitirdiyini nümayiş etdirməlidir. Eyni zamanda İsrail daha çox itki verməməlidir. Bu baxımdan Donald Trampın göstərişi ilə həyata keçirilən bombardman münaqişənin yekunlaşmasına şərait yaratdı. Təsadüfi deyil ki, müharibə başlayandan bu yana zərbələr gecikdirildiyi üçün İran əsas avadanlıqları vaxtında çıxara bildi. Partlayışların böyük olmasına baxmayaraq, uran sızması qeydə alınmayıb. Bu da onu göstərir ki, zənginləşdirilmiş uran artıq əvvəlcədən çıxarılıb.

turab rzayev esas

Turab Rzayev

ABŞ bu zərbə ilə həm vəziyyətə nəzarət etdiyini, həm də İranı cəzalandırdığını nümayiş etdirdi. ABŞ yaxın günlərdə İranın nüvə infrastrukturunun dağıdıldığını rəsmən elan edəcək. Bununla da gələcəkdə oxşar vəziyyət təkrarlanarsa, bənzər addımlar atacağını göstərmiş oldu.

İran da öz ictimaiyyətinə bəyan edəcək ki, ABŞ onun cavabları qarşısında geri addım atmağa məcbur oldu. Beləliklə, rəsmi Tehran da öz imicini qorumuş olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: