ABŞ-dan İsveçlə bağlı sensasion qərar – Rusiyanın olası hücumuna hazırlıq görülür

 

İsveç və ABŞ ölkənin NATO-ya qəbulu dövründə İsveç sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yeni saziş imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

ABŞ Ordusunun Baş Qərargah rəisi general Ceyms Makkonvilin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq heç vaxt bu qədər vacib olmayıb və ABŞ İsveçi müdafiə etməyə tam hazırdır. Müqavilə “İsveçin NATO-ya üzvlüyünə müraciətin əsasən qeyri-müəyyən və çətin dövründə” birgə hərbi əməliyyatlar üçün daha geniş imkanlar nəzərdə tutur.

İsveç ordusunun komandanı Karl Engelbrekson müqavilənin imzalanmasını şərh edib: “Müharibə zamanı ABŞ-ın yaxın dostu olmaq yaxşıdır”.

Globalinfo.az xatırladır ki, İsveç və Finlandiya, o cümlədən Baltik ölkələri Rusiyanın təhdid zonasına daxildir. Rəsmi Moskva İsveçin və Finlandiyanın NATO-ya üzv olmasına qarşı sərt təpki verir. Bu ölkələrin Rusiya Federasiyası ilə quru və su sərhədləri var. Rusiya vaxtaşırı İsveç və digər həmsərhəd Avropa ölkələrini aqressiv formada təhdid edir. Görünür, ABŞ-ın bu qərarı Rusiya amili ilə bağlıdır. Pentaqon Putinin bir gecə qəfil bu skandinaviya ölkəsinə hücuma keçəcəyini istisna etmir.