ABŞ-dan İraqa çağırış: “Hücumlar davam edərsə…”

Pentaqon İraqı ölkədəki Amerika qüvvələrinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder məlumat verib.

O bildirib ki, İraq və Suriyadakı ABŞ bazalarına hücumlar davam edərsə, Vaşinqton buna cavab verəcək.

“İranyönlü hərbi qruplar İraq və Suriyadakı ABŞ qüvvələrinə iki uğursuz hücum edib. Bu, fevralın 4-dən bəri koalisiya hədəflərinə edilən ilk hücumlardır. Bu zərbələr İraqda yerləşən koalisiya qüvvələrinin və şəxsi heyətin təhlükəsizliyini təhdid edir. Biz İraq hökumətini ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımlar atmağa çağırırıq. Hücumlar davam edərsə, qüvvələrimizi qorumaqdan çəkinməyəcəyik”, – Ryder vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az