ABŞ-dan həyəcan təbili: “Moskvanın cəhdləri siqnaldır”

ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək göstərən üçüncü ölkələrin təşkilatlarına sanksiya tətbiq etmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Rəsmi Ağ Ev Rusiyanın öz müdafiə-sənaye kompleksini dəstəkləmək məqsədilə tez-tez üçüncü ölkələrdən istifadə etdiyini bildirib.

“Moskvanın maliyyə müəssisələrinin yeni filiallar və törəmə şirkətlər açmaq cəhdləri, onun sanksiyalardan yayındığını göstərir. Bu, təşviş yaradan siqnaldır”, – açıqlama qeyd olunur.

Əliyar Xəlil
Globalinfo.az