Minneapolisdəki Annunciation Katolik Məktəbində atışma baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, 20-yə yaxın insan xəsarət alıb.
ABC News mənbələri iki nəfərin öldüyünü bildirir.
ABŞ Ədliyyə Departamenti həmçinin azı 3 nəfərin öldüyünü və 20-dən çox insanın yaralandığını açıqlayıb.
CNN hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, atəş açan şəxs intihar edib.
ABŞ prezidenti Donald Tramp FTB-nin hadisə yerində olduğunu bildirib.
“Mən Minnesota şəhərində baş verən faciə haqqında tam məlumat aldım. FTB tez cavab verdi və hadisə yerindədir. Ağ Ev bu dəhşətli vəziyyəti izləməyə davam edəcək”, – Tramp Truth Social-da yazıb.
Əliyar Xəlil