ABŞ-da məktəbdə atışma: 3 ölü, 8 yaralı

Missuri ştatının Sent-Luis şəhərində məktəbdə atışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, bu barədə ştat polisi məlumat yayıb.
Məlumata görə, ikisi şagird olmaqla səkkiz zərərçəkmiş yerli xəstəxanaya aparılıb.
Hücumda şübhəli bilinən şəxs isə polislə atışma zamanı öldürülüb.
Faktla bağlı araşdırma aparılır.