ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayış binasının partlaması nəticəsində azı 4 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Hadisə zamanı yaralananların olduğu, ölü sayının artmasının istisna edilmədiyi bildirilir.
Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.