Ermənistan və Azərbaycanın SSRİ-nin dağılmasından sonra başlayan və 30 ildən çox davam edən konflikti bitirib, dayanıqlı sülh əldə etmək üçün tarixi imkanı var.
Globalinfo.az bildirir ki, bunu ABŞ Dövlət katibinin müavini Karen Donfrid Senatda Cənubi Qafqazla bağlı keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi ABŞ-ın milli maraqlarına cavab verir:
“Bakı və İrəvan sülh əldə etsələr, o zaman bizim təhlükəsizlik sferasında əməkdaşlığımız daha vacib olacaq”.
O həmçinin Türkiyə-Ermənistan dialoqunun Vaşinqtonda pozitiv dəyərləndirildiyini bildirib. Donfrid bunun regionda stabillik yaradacağını, zərərli təsirlərin qarşısını alacağını vurğulayıb.
İlkin
Globalinfo.az