ABŞ İrana az zənginləşdirilmiş uranın pulsuz və davamlı təchizatını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“İranın nüvə ehtiyatları ilə bağlı vəziyyət hazırda o qədər ağırdır ki, Vaşinqton hücumdan bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçinin verdiyi təklifə qayıda bilər. Mənbə qeyd edir ki, Tehran bütün nüvə materiallarını MAQATE-nin nəzarəti altında reaktor səviyyələrinə qədər təkrar emal etməyə hazırdır, lakin onun ölkədən ixracına icazə verməyəcək”, – deyə nəşr yazıb.
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu fikri rədd edərək, İranın heç bir halda nüvə yanacağı ehtiyatları əldə etməməli olduğunu vurğulayıblar.
Qəzet amerikalı nümayəndələrin alternativ təklif etdiyini bildirib. Bu təklifə əsasən, ABŞ İranı enerji reaktorlarında istifadə üçün yararlı, az zənginləşdirilmiş uranla daimi və pulsuz təmin edəcək.
Əliyar Xəlil
Globalinfo.az