ABŞ bir saniyədə Ukraynaya bu qədər pul xərcləyir – ŞOK RƏQƏMLƏR

“ABŞ Ukraynaya saniyədə 80 min dollar xərcləyir”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı senator Tommi Tabervil deyib.

O bildirib ki, Birləşmiş Ştatlar artıq maliyyə xərclərini bu səviyyədə saxlaya bilmir.

“Vaşinqton öz xərclərinə yenidən baxmalıdır. Çünki hazırkı maliyyə vəziyyəti qəbuledilməzdir. Amerika vergi ödəyicilərinin vəsaitlərindən istifadənin daha səmərəli üsullarını axtarmalıdır. Mənim hesablamalarıma və komandamın araşdırmalarına görə, 2014-cü ildən bəri biz Ukraynaya 300 milyard dollar sərmayə qoymuşuq”, – senator bildirib.

Tabervil əlavə edib ki, hazırda Ukraynadakı maliyyə itkiləri saniyədə 80 min dollara çatır. Bu da dəqiqədə 4,6 milyon dollara bərabərdir.

Lakin amerikalı senatorun bu fikirini ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini Mayk Makkord qəbul etməyib.

“Mən hesab edirəm ki, bu təxmin çox yüksəkdir. Biz bir neçə ildir ki, Ukraynanı ildə təxminən 300 milyon dollar civarında maliyyələşdiririk. Təkcə son iki ildə biz təxminən 40 milyard dollar ayırmışıq”, – deyə Makkord vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az