AB ölkələri İrana sanksiyaların genişləndirilməsi ilə bağlı razılaşdı

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Cozep Borrell məlumat verib.

Onun sözlərinə görə, İrana qarşı mövcud sanksiyalar raketlər və raket istehsalı, eləcə də Yaxın Şərq və Qırmızı dənizə pilotsuz uçuş aparatlarının və raketlərin tədarükünü də əhatə edəcək.