643ac3cb53e7e643ac3cb53e7f1681572810643ac3cb53e7b643ac3cb53e7d

Almaniyada müalicə alan, Vətən müharibəsində hər iki ayağını itirmiş sabiq XTQ zabiti Polad Rzayev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən və Türkiyənin xarici işlər nazirinin də iştirak etdiyi iftar yeməyinə dəvət olunub

Globalinfo.az xəbər verir ki, tədbir çərçivəsində Mövlud Çavuşoğlu qazimizlə görüşərək fikir mübadiləsi edib, ölkələrimiz, xalqlarımız, millətlərimizin qardaşlığı və birliyi bir daha vurğulanıb, qəhrəmanlarımızın şücaətindən danışılıb. Sonda xatirə fotoları çəkilib.

 

Qeyd edək ki, Polad Rzayev Murov yüksəkliklərindən başlayaraq, Qubadlıya qədər döyüş yolu keçib. Kəlbəcər, Cəbrayıl Xocavənd, Qubadlının azad olunmasında iştirak edib, medallarla və ordenlə təltif edilib. Cəbrayıla Azərbaycan bayrağını da məhz Polad Rzayev sancıb. O, oktyabrın 19-u Qubadlıda gedən döyüşlərdə yaralanıb, hər iki ayağını itirib.

Polad Rzayev Şücaətə görə medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.

Xatırladaq ki, Polad Rzayev həm də 1-ci Qarabağ müharibəsində Şuşadan çıxmayaraq şəhid olmuş Tofiq Oğuzun oğludur.

643ac91ee4c6e643ac91ee4c6f1681574174643ac91ee4c6c643ac91ee4c6d 643ac3cb65e12643ac3cb65e131681572810643ac3cb65e0f643ac3cb65e10 643ac3cabd7ae643ac3cabd7af1681572810643ac3cabd7ab643ac3cabd7ad scaled 643ac3ca526b5643ac3ca526b61681572810643ac3ca526b0643ac3ca526b2 scaled

Paylaş: