İranın ABŞ qüvvələrinə qarşı əməliyyatlarda İlon Maska məxsus “Starlink” peyk rabitə sistemindən istifadə etdiyi iddia olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşrin yazdığına görə, İlon Mask İranın bu sistemdən istifadəsindən münaqişənin ilk həftəsində xəbər tutub:
“ABŞ hərbçilərinin İranın ənənəvi rabitə infrastrukturunu sıradan çıxarmasından sonra Tehran hərbi qüvvələri arasında əlaqəni və PUA hücumlarının koordinasiyasını təmin etmək üçün “Starlink” şəbəkəsinə müraciət edib.
Baş verənlərdən sonra “SpaceX” şirkəti peyk terminallarının satışı və aktivləşdirilməsi qaydalarını sərtləşdirib. Bundan başqa, şirkətin azı iki rəhbər əməkdaşı da vəzifəsindən kənarlaşdırılıb.
İran ordusunun hazırda bu sistemdən istifadəsinin qarşısının alınıb-alınmadığı isə bəlli deyil. İran ərazisində “Starlink” xidmətinin tamamilə bloklanması texniki baxımdan mümkün olsa da, bu, dövlət senzurasını aşmaq üçün həmin şəbəkədən istifadə edən adi vətəndaşların da rabitəsiz qalmasına səbəb ola bilər”.
Safura Bənnayeva
Globalinfo.az