WhatsApp Image 2026 11 26 at 12.53.00

Britaniya Müdafiə Nazirliyi ehtiyatdakı hərbçilərə 100 minə yaxın məktub ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, məktublarda onlara müharibə şəraitinin yaranacağı təqdirdə yenidən hərbi xidmətə cəlb olunmaq ehtimalına hazır olmaları tövsiyə edilib.

Məlumata görə, “Soyuq müharibə” dövründən sonra ilk dəfədir belə genişmiqyaslı müraciət həyata keçirilir.

Müraciətdə keçmiş hərbçilərdən şəxsi əlaqə məlumatlarını yeniləmək, hazırda çalışdıqları sahə və malik olduqları peşə bacarıqları barədə məlumat təqdim etmək istənilib.

Veteranlarla iş üzrə nazir Kelvin Beylinin sözlərinə görə, məqsəd zərurət yaranarsa, ehtiyatda olan hərbçilərlə operativ əlaqə saxlamaq və onların təcrübə və bacarıqları barədə aktual məlumatlara sahib olmaqdır.

Paylaş: