ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) liderlərinin təklifini rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Vol Strit Jurnal (VSJ) məlumat yayıb.
“Bəzi Avropa liderləri Trampla telefon danışığı zamanı təkid ediblər ki, Rusiya və Ukrayna arasında “şərtsiz” atəşkəs olmalıdır. Öz növbəsində, Ağ Evin rəhbəri cavab verib ki, sülh danışıqlarının müzakirəsi kontekstində bu termin xoşuna gəlmir. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin qələbəyə doğru irəlilədiyini bildirib”, – nəşr yazıb.
Əliyar Xəlil
Globalinfo.az