Azərbaycanda qeyri-qida məhsullarının təhlükəsizliyinə dair 34 mal kateqoriyasını əhatə edən 47 texniki reqlament layihəsi hazırlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkil etdiyi “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda tədbirdə məlumat verilib.
Qeyd olunub ki, layihələr 2023-2025-ci illər üzrə Dövlət Proqramı çərçivəsində hazırlanıb.
Qüvvəyə minən texniki reqlamentlərdən biri də qazla işləyən qurğuların təhlükəsizliyinə aiddir.
Nazirlər Kabinetinin 6 may 2026-cı il tarixli qərarı ilə təsdiqlənən bu sənəd noyabrın 6-dan tətbiq olunmağa başlayıb.
Reqlament məişət qaz sobaları, su qızdırıcıları və ictimai iaşə obyektlərində istifadə olunan istilik avadanlıqları üçün təhlükəsizlik və enerji səmərəliliyi normalarını müəyyən edir.
Ləman İmran
Globalinfo.az