an 1

İtaliya Ukraynanın Liviyanın Benqazi sahilləri yaxınlığında Rusiya gəmisinə endirdiyi zərbəni ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani məlumat verib.

Tayani qeyd edib ki, Roma Kiyevin Liviyanın ərazi sularında hərbi əməliyyat keçirmək niyyətindən əvvəlcədən xəbərdar olmayıb:

“Liviyanın suverenliyinin pozulması səhv idi. İtaliya Kiyevin Liviyanın ərazi sularında, hətta daxili sularında belə zərbə endirmək niyyətindən qətiyyən xəbərdar deyildi”.

Hakim koalisiyanın digər üzvü, ultrasağçı “Liqa” partiyası da hadisəyə münasibət bildirərək hücumu qəbuledilməz adlandırıb.

Bununla yanaşı, Qərb mediası hüquqşünaslara istinadən hücumun beynəlxalq hüquq normalarının pozulması əlamətlərini daşıya biləcəyini yazır. Nəşrlərin məlumatına görə, bu hal Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsində hüquqi iddia qaldırılması məsələsini də gündəmə gətirə bilər.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: