
Türkiyədə məşhur şəxslərin də adlarının hallandığı narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər məhkəmə nəzarəti tədbiri tətbiq olunmaqla sərbəst buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, istintaq çərçivəsində Ceylan Kaya barəsində həbs qətimkan tədbiri seçilib. Özcan Dəniz, Dəniz Çakır və Burcu Özbərk də daxil olmaqla, ümumilikdə 9 nəfər isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun məşhurlar arasında narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı apardığı araşdırma çərçivəsində ötən gün 35 nəfər saxlanılmışdı.
Saxlanılanlar arasında aktyor və müğənni Özcan Dəniz, rejissor Cem Karcı, tədbir təşkilatçısı Erdal Bozkuş və aktrisa Dəniz Çakır da yer alırdı.
Safura Bənnayeva
Globalinfo.az