Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev işgüzar səfərlə Moskvaya gəlib. Səfər çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tokayev Moskvada keçiriləcək “AI Journey 2026” beynəlxalq konfransında da iştirak edəcək.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderinin Moskvada görüşəcəyini açıqlayıb. Onun sözlərinə görə, görüş zamanı Putinin Qazaxıstanlı həmkarını ABŞ və Çin liderlərinin iştirakı ilə Şençjendə keçirilən üçtərəfli görüşün nəticələri barədə məlumatlandıracağı gözlənilir.
Qazaxıstan tərəfinin məlumatına əsasən, danışıqlarda Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.
Əliyar Xəlil