“Ukrayna münaqişəsinin nizamlanması üçün konkret vaxt çərçivəsi müəyyən edilməyib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Qarşıya heç bir müddət qoymamışam. Sadəcə münaqişənin başa çatdığını görmək istəyirəm. Bunun elə bu gün baş verməsini arzulayardım. Amma tanqo oynamaq üçün iki nəfər lazımdır. Görək, hadisələr necə inkişaf edəcək”, – deyə Tramp bildirib.
Nəşrin jurnalistləri Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı danışıqlar aparan şəxslərin Moskva ilə Kiyev arasında razılaşmanın yanvar ayına qədər əldə olunmasını istədikləri barədə açıqlamasını xatırladıblar.
Tramp isə bu sualı eşidərkən gülüb.
Safura Bənnayeva
Globalinfo.az