lu

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun onunla birlikdə Moskvaya gedərək danışıqlar aparmaq təklifini rədd edib.

Globalinfo.az xəbər verir ki, o, bu ideyanı “qeyri-ciddi söhbət” kimi qiymətləndirib.

“Lukaşenko məni özü ilə aparmağı təklif edir. Mən onun üçün çamadanam? Məni təyyarəyə mindirib Moskvaya aparmaq istəyir? Niyə?” – deyə Zelenski istehza ilə bildirib.

Bunun əvəzinə Ukrayna Prezidenti Lukaşenkoya Rusiya lideri Vladimir Putinlə birlikdə Kiyevə gəlməyi təklif edib.

“Qoy Lukaşenko Putini də götürüb Kiyevə gəlsin. Biz onların təhlükəsiz şəkildə qarşılanacağına zəmanət veririk. Axı söhbət danışıqlardan gedir”, – deyə Zelenski deyib.

Eyni zamanda, Zelenski davam edən müharibə şəraitində görüşün həm Moskvada, həm də Kiyevdə keçirilməsinin mümkünsüz olduğunu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: