Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampa şəxsi müraciət edərək Ukraynadakı müharibəyə son qoymağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
“Əgər Tramp bunu bacarsa, Avropada və bütün dünyada nüfuzunu tamamilə bərpa edə bilər. Mən bu fikri ona çatdırmağa çalışmışam, lakin o, məni eşitmir”, – deyə o bildirib.
Consonun sözlərinə görə, Trampın prezidentlik müddətinin başa çatmasına cəmi iki il qalıb və o, bu müddət ərzində Moskva ilə Kiyev arasındakı münaqişəyə son qoya bilər:
“Atlantikanın hər iki tərəfində Qərbin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş strategiyası zəifdir”.
Safura Bənnayeva
Globalinfo.az