2 2b

ABŞ Prezidenti Donald Trampın “Nvidia” şirkətinin səhmlərinin bahalaşması nəticəsində 15 milyon dollaradək gəlir əldə etdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin yazdığına görə, şirkətin baş direktoru Censen Huanqın yenidən vəzifəsinə qayıtmasından sonra “Nvidia”nın səhmlərində bahalaşma qeydə alınıb. Bu artım Trampın da investisiyalarının dəyərinə təsir göstərib.

ABŞ prezidentinin maliyyə bəyannaməsində sentyabrın 30-na onun 370 minədək “Nvidia” səhminə sahib olduğu göstərilib. Son iki il ərzində isə Trampın 23-86 milyon dollar dəyərində şirkət səhmləri aldığı qeyd olunur.

Məlumata əsasən, bazar ertəsi “Nvidia” səhmləri 31,5 faiz bahalaşıb, şirkətin bazar kapitallaşması isə təxminən 950 milyard dollar artıb.

Qeyd edək ki, Censen Huanq noyabrın 12-də baş direktor vəzifəsindən ayrılıb, noyabrın 23-də isə yenidən bu posta qayıdıb.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: