Ukrayna Prezidenti Vladimir Zelenski Fin körfəzində Rusiya gəmisinə hücum edildiyini təsdiqləyib.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, Zelenski “Bloomberg”ə müsahibəsində hücumun Avropa tərəfdaşları arasında fərqli reaksiyalara səbəb olduğunu bildirib.
“Bəzi Avropa tərəfdaşları Baltik dənizində hər hansı hadisə baş verəndə narahatlıq keçirirlər”, – deyə o qeyd edib.
Zelenski əlavə edib ki, nazirlərə və hərbçilərə tərəfdaşlarla daha sıx əlaqə saxlamağı tapşırıb:
“Onlarla daha çox qarşılıqlı əlaqədə olmağı tapşırmışam ki, kifayət qədər təfərrüata malik olsunlar və heç bir gözlənilməz vəziyyət yaranmasın”.