azerbaycan ve isvecre iqtisadi emekdasligi muzakire etdi 7ac7d2

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyədə tikintisinə başlanılan Qars-İğdır-Dilucu dəmir yolu ilə birləşdirilməsi regionun Şərq-Qərb nəqliyyat dəhlizindəki imkanlarını daha da genişləndirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, beynəlxalq yükdaşımalar zamanı yalnız bir marşrut deyil, bütövlükdə regionun yükötürmə qabiliyyəti nəzərə alınır. Bu baxımdan alternativ marşrutların çoxluğu regiona əlavə yüklərin cəlb edilməsinə müsbət təsir göstərir.

Ceyhun Bayramov Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində ötürücülük qabiliyyətinin artırılması işlərinin bu il başa çatdırılmasını mühüm nəticə kimi qiymətləndirib.

O, Türkiyədə 224 kilometr uzunluğunda Qars-İğdır-Dilucu dəmir yolu xəttinin tikintisinə başlanıldığını da diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanın yeni dəmir yolu xətlərini Ermənistan sərhədinə qədər çatdırması, Naxçıvan Muxtar Respublikasında mövcud dəmir yolunun bərpası və keyfiyyətinin artırılması istiqamətində işlər aparılır.

Nazirin sözlərinə görə, bu layihələrə kompleks yanaşdıqda, Bakı-Tbilisi-Qars və Qars-İğdır-Dilucu xətlərini birləşdirən vahid regional nəqliyyat sistemi formalaşır.

Ceyhun Bayramov qeyd edib ki, bu bağlantılar Cənubi Qafqazda Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarını genişləndirəcək və yüklərin müxtəlif istiqamətlər üzrə daha çevik daşınmasına şərait yaradacaq.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: