“TRIPP layihəsinin reallaşdırılması ilə bağlı ABŞ və Ermənistan arasında danışıqlar aparılıb. Azərbaycanın da mütəmadi məlumatlandırıldığı layihənin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan ərazisinin 42 kilometrlik hissəsindən keçəcək layihə ilə bağlı Azərbaycan tərəfi mütəmadi məlumatlandırılıb, çünki dəhlizin giriş və çıxış hissələri Azərbaycandan keçir.
Ceyhun Bayramovun sözlərinə görə, TRIPP layihəsi Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətlidir. Belə ki, layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsinə imkan yaradacaq.
O, həmçinin qeyd edib ki, TRIPP Şərq-Qərb Orta Dəhlizinin yeni bir hissəsi olacaq və region ölkələri üçün əlavə nəqliyyat imkanları yaradacaq.
Zaira Akifqızı