yAMAL

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal Bakıda “Sabah“a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununu buraxacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, ulduz futbolçu topuğundakı ağrı səbəbindən sözügedən matçda meydana çıxmayacaq.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.

Paylaş: