nazir 4

Moldova parlamentinin sabiq deputatı Marina Tauber ölkənin xarici işlər naziri Mixay Popşoyu Rumıniya ilə birləşmə barədə açıqlamalarına görə vətənə xəyanətdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.

“Bu, vətənə xəyanət adlanır, Konstitusiyada hər şey açıq şəkildə göstərilib. Belə bəyanatlara görə həmin şəxslər həbs olunmalıdırlar”, — deyə Tauber bildirib.

Keçmiş deputat Moldovanın müstəqil və suveren dövlət olduğunu, ölkə vətəndaşlarının isə onun gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna malik olduqlarını xatırladıb.

“Ölkəmizin sahibi bizim vətəndaşlarımızdır, — deyə Tauber əlavə edib.

Tauber bu fikirləri Popşoyun noyabrın 7-də verdiyi açıqlamaya cavab olaraq səsləndirib. Həmin açıqlamada nazir Moldova Prezidenti Maya Sandunun və hakim partiyanın Rumıniya ilə birləşmə prosesinə faktiki olaraq start verdiyini bildirib.

İki ölkə arasında yaxınlaşmanın nümunəsi kimi nazir avtomobil magistralının tikintisini, Prut çayı üzərində körpülərin inşasını və enerji infrastrukturunun inkişafını göstərib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: