Liviyanın Benqazi limanında lövbər salmış Rusiya hərbi gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı ehtimal edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Liviya hakimiyyəti X sosial şəbəkəsində məlumat yayıb.
Rəsmi açıqlamaya görə, ilkin araşdırmalar zamanı partlayışın limanda lövbər salmış Rusiya hərbi gəmisində baş verdiyi müəyyən edilib. Hakimiyyət orqanları gəminin dron hücumuna məruz qala biləcəyini istisna etmirlər.
Liviya hökuməti hadisənin səbəblərinin və təfərrüatlarının müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlara hərtərəfli araşdırma aparılması barədə göstəriş verib.
Araşdırmanın Rusiya tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Tahir Turan
Globalinfo.az