ZOweTrqMUCYpnSm5hw6OfslFh16U8dtp9wLbRwt2 1200

Qazax rayonunda 49 yaşlı kişi dəm qazından zəhərlənərək vəfat edib.

Globalinfo.az Metbuat.az-a istinadla xəbər verir ki, vəfat edən şəxs 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov ehtiyatda olan zabit olub.

Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş: