1037310 src

Ukraynanın paytaxtı Kiyevə endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Kliçko bildirib ki, Dnepr çayının sağ sahilindən sol sahilinə avtomobillərin hərəkəti hazırda Podolsk körpüsü vasitəsilə həyata keçirilir. Səhər saatlarında ballistik raketin körpüyə zərər vurması səbəbindən hərəkət müvəqqəti dayandırılmışdı.

1037315 src 1037313 src 1037311 src

Əliyar Xəlil

Glibalinfo.az

Paylaş: