bdu 98

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyində dəyişiklik olub. Belə ki, Elçin Babayev universitetin rektoru vəzifəsindən azad edilib, onun yerinə Məleykə Abbaszadə təyin olunub.

Bəs BDU-nun 1919-cu ildə fəaliyyətə başlamasından indiyədək hansı şəxslər rektor vəzifəsində çalışıblar?

Globalinfo.az BDU rektoru olmuş şəxslərin siyahısını təqdim edir:

Universitetin ilk rektoru 1919-1920-ci illərdə bu vəzifədə çalışan Vasili Razumovski olub. Daha sonra 1920-1923-cü illərdə Sergey Davidenkov, 1923-1926-cı illərdə Aleksandr Qulyayev, 1926-1929-cu illərdə isə Tağı Şahbazi Simurğ universitetə rəhbərlik edib.

Prezident Kitabxanası :: Yusif Məmmədəliyev - 120 :: Virtual sərgi

Yusif Məmmədəliyev

1929-cu ildə Müseyib Şahbazov qısa müddət rektor vəzifəsini icra edib. Həmin dövrdə Vladimir Yelpatyevski və Maqsud Məmmədov da universitetin rəhbərliyində təmsil olunublar.

1934-1935-ci illərdə Məmmədkazım Ələkbərli, 1935-1937-ci illərdə Balabəy Həsənbəyov, 1937-ci ildə Əziz Əliyev, 1937-1941-ci illərdə Cəbrayıl Ələsgərov, 1941-1944-cü illərdə Şamil Əliyev rektor vəzifəsində çalışıblar.

abel meherremov

Abel Məhərrəmov

Sonrakı illərdə universitetə 1944-1950-ci illərdə Abdulla Qarayev, 1950-1954-cü illərdə Cəfər Hacıyev, 1954-1958-ci illərdə Yusif Məmmədəliyev, 1958-1965-ci illərdə Şəfaət Mehdiyev rəhbərlik edib.

1965-1970-ci illərdə Mehdi Əliyev, 1970-1987-ci illərdə Faiq Bağırzadə, 1987-1989-cu illərdə Yəhya Məmmədov, 1989-1990-cı illərdə Cəmil Quliyev, 1990-1992-ci illərdə Mirabbas Qasımov, 1992-1993-cü illərdə isə Firudin Səməndərov rektor olublar.

Murtuz Ələsgərov yaddaşlarda necə qaldı?

Murtuz Ələsgərov

1993-1996-cı illərdə Murtuz Ələsgərov, 1996-1998-ci illərdə Misir Mərdanov, 1999-2018-ci illərdə Abel Məhərrəmov universitetə rəhbərlik edib. 2018-2019-cu illərdə isə Firudin Qurbanov rektor vəzifəsini icra edib.

WhatsApp Image 2025 12 12 at 13.22.45

Misir Mərdanov

2019-cu ildə Elçin Babayev BDU-nun rektoru təyin olunub. O, 19 noyabr 2026-cı ilədək bu vəzifədə çalışıb. Hazırda isə universitetin rəhbərliyi Məleykə Abbaszadəyə həvalə olunub.

Ləman İmran
Globalinfo.az

Paylaş: