1 Airlines struggle with record kerosene prices Prague Czech Republic 23 Apr 2026

“British Airways” aviaşirkətinə məxsus, 256 sərnişin daşıyan təyyarə London hava limanlarından birində hərəkət zolağından çıxaraq palçığa batıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “PYOK” portalı məlumat yayıb.

Hadisə “Boeing 787-10 Dreamliner” tipli təyyarənin uçuş-enmə zolağından kənara çıxaraq otlu sahəyə düşməsi nəticəsində baş verib. Təyyarə yumşaq torpağa batıb.

İnsident səbəbindən Laqosa yerinə yetirilməsi nəzərdə tutulan reys əvvəlcə gecikib, daha sonra isə ləğv olunub.

Sərnişinlər təyyarədən təxliyə edilərək avtobuslarla terminala aparılıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: