01KXRT27DHZSNC36W52T145AC1 large 1

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, qəza Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücü Aynur Həsənovanın idarə etdiyi avtomobil yolu keçmək istəyən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib. Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: