t%C9%99yyar%C9%99

Mineralnıye Vodı–Antalya reysini həyata keçirən “Azimut” aviaşirkətinin “Suxoy Superjet 100” təyyarəsində partlayıcı qurğunun ola biləcəyi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “HavaSosyalMedya” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, daxil olan siqnaldan sonra aidiyyəti qurumlar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bildirilib ki, təyyarə Antalya hava limanına endikdən sonra xüsusi təhlükəsizlik zonasına aparılacaq.

Daha sonra müvafiq xidmətlərin əməkdaşları tərəfindən hava gəmisində zəruri yoxlamalar həyata keçiriləcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: