Rusiya və İran arasında yeni saziş imzalanacaq – Zatulin

“Rusiya və İran tezliklə yeni saziş imzalaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Konstantin Zatulin İranın Rusiyadakı səfiri Kazım Cəlali ilə görüşündən sonra verdiyi açıqlamada deyib.

Zatulin bildirib ki, İran tərəfinə sənədlə bağlı yekun düzəlişlər təqdim olunub. Yaxın vaxtlarda Rusiya ilə İran arasında hərtərəfli tərəfdaşlığa dair saziş imzalana bilər.

“Hər iki tərəf bunun üzərində işləyir. Rusiya və İran arasında münasibətlərdə yeni mərhələ başlayır”, – deyə Zatulin vurğulayıb.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazım Cəlali İran və Rusiya arasında “Strateji Tərəfdaşlıq Sazişi”nin 2024-cü ildə imzalana biləcəyini açıqlayıb. İmzalanma yerinin ölkə rəhbərlərinin qərarından asılı olacağını vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az