
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində təşkil olunan rəsmi qəbul zamanı bir araya gəliblər.
Globalinfo.az xəbər verir ki, Çin lideri Si Cinpinin adından təşkil edilən qəbulda xatirə fotosu çəkdirən iki prezident bir-biri ilə əl sıxışıb.
Daha sonra Putin və Tramp ayaqüstü qısa söhbət ediblər.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da keçirilir.
Safura Bənnayeva
Globalinfo.az