Yaxın Şərqdə gərginliyin artması və mümkün hərbi eskalasiya beynəlxalq gündəmin əsas müzakirə mövzularındandır. Almaniya İran rəhbərliyini yaranmış vəziyyətin diplomatik yollarla həlli istiqamətində addımlar atmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hərbi eskalasiya çıxış yolu deyil və İran rəhbərliyi təcili şəkildə danışıqlarda ortaq maraqlarını ifadə etməlidir.
Nazir təkcə İranın deyil, bütün regionun, o cümlədən Xəzər dənizi hövzəsi və Körfəz ölkələrinin yeni hərbi eskalasiyadan qorunmasının vacibliyini vurğulayıb.
Zaira Akifqızı
Globalinfo.az