putinsefer

“Rusiya görünməmiş sanksiya təzyiqi ilə üzləşib və ona qarşı tətbiq edilən sanksiyaların sayına görə dünya rekordu qırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Sanksiyalar, gömrük rüsumları və ixrac məhdudiyyətləri hələ də çəkindirici təsir göstərir. Lakin onlar artıq iqtisadi artımı tamamilə dayandırmaq, üstəlik, rəqib ölkələrin iqtisadiyyatlarını çökdürmək iqtidarında deyil.

Bunun nümunəsi Rusiyanı təcrid etmək cəhdinin uğursuzluğa düçar olmasıdır”, – deyə Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Sammitində çıxışı zamanı bildirib.

Qeyd edək ki, Putin noyabrın 18-19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçirildiyi Çinin Şençjen şəhərindədir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: