Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarına əsasən iqtisadiyyat naziri Gevorq Papoyan Rusiyaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, Papoyan Moskvada Avrasiya İqtisadi İttifaqının ticarət siyasəti məsələləri və milli sənayenin prioritet sektorları üzrə məsləhətləşmələrdə iştirak edəcək.
Səfərin 18-19 noyabrda baş tutması gözlənilir.
Qeyd edək ki, son zamanlarda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması səbəbindən Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığı sual altına düşmüşdü. Rusiya rəsmiləri İrəvanın iki təşkilata eyni anda üzv ola bilməyəcəyini, seçim etməli olduğunu vurğulayırdılar.
Əliyar Xəlil
Globalinfo.az