6afc7e4c562266afc7e4c5622717949323006afc7e4c562246afc7e4c56225

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycan həm Avropa İttifaqı, həm də Almaniya üçün etibarlı tərəfdaşdır:

“Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq”.

Paylaş: