pezeskian azerbaycanla anlasma elde ede bilerik

“Bu ilin yayında İrana səfərim zamanı, Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edərkən Prezident Məsud Pezeşkianla qısa görüşüm oldu. Uzun söhbət etmək imkanımız olmadı, lakin onun səsləndirdiyi bir fikir diqqətimi çəkdi: “İran özünütəmin edən və davamlı dövlət olmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Hoxikyan deyib.

“1979-cu il inqilabından sonra İranda milli ideologiya qəbul edildi. Bu ideologiyanın əsasını xarici asılılıq olmadan ölkənin öz ehtiyaclarını ödəyə bilməsi, yəni özünütəminetmə məqsədi təşkil edirdi. Lakin bununla yanaşı, ölkəni başsız qalmaq təhlükəsindən qoruyacaq heç də az əhəmiyyətli olmayan başqa bir məqsəd də var idi. Söhbət liderlər zəncirindən gedir.

2026-cı il müharibəsi zamanı gördük ki, İranın başını kəsmək mümkün deyil. Çünki əslində ölkədə elə bir idarəetmə sistemi formalaşdırılıb ki, hər bir əsas vəzifəli şəxsin özünü əvəz edə biləcək çoxsaylı namizədləri var. Həmin şəxslər dövlətin elan etdiyi yoldan kənara çıxmamaları üçün daim ideoloji və milli dəyərlər ruhunda yetişdirilirlər”, – deyə o qeyd edib.

Hoxikyan bildirib ki, İranda vəzifəli şəxslər və komandirlər öldürülə, hətta ölkənin bir nömrəli lideri belə qətlə yetirilə bilər, lakin sistem bunun nəticəsində çökmür:

“Onları dərhal əvvəlkilərlə eyni ideoloji baxışlara və prinsiplərə malik şəxslər əvəz edir. İranın uğurunun sirri məhz bundadır. Qalan hər şey isə gərgin və fədakar əməyin nəticəsidir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: