“Ədalətli dünya nizamının formalaşdırılmasına Qərb ölkələrinin neokolonial ambisiyaları mane olur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, getdikcə daha çox dövlət çoxtərəflilik və həqiqi bərabərhüquqluluq prinsiplərinə əsaslanan ədalətli və demokratik beynəlxalq münasibətlər sisteminin qurulmasının tərəfdarı kimi çıxış edir:
“Keçmiş metropoliyalar Asiya, Afrika və Latın Amerikası ölkələrinin iqtisadiyyatları üzərində nəzarəti qoruyub saxlamağa, eləcə də onların daxili işlərinə müdaxilə etməyə çalışmaqda davam edirlər”.
Əliyar Xəlil
Globalinfo.az