tramp 1 900x556 1

ABŞ Prezidenti Donald Trampın, eləcə də “Burger King” və “McDonald’s” kimi məşhur şirkətlərin sosial media hesablarında illər əvvəl yayımlanmış bəzi paylaşımlardakı keçidlər istifadəçiləri üçüncü tərəf saytlarına yönləndirməyə başlayıb.

Globalinfo.az bildirir ki, bu barədə “New York Post” məlumata yayıb.

Naməlum kibercinayətkarlar “Bitly” (bit.ly) link qısaltma xidmətindəki boşluqdan istifadə edərək, əvvəlki paylaşımlarda yer alan keçidlərin yönləndirmə ünvanlarını dəyişdiriblər.

Bildirilir ki, bənzər hücumlar “Burger King”, “McDonald’s”da da qeydə alınıb.

Paylaş: