“Prezident Volodimir Zelenski Ukraynaya qayıtmaqdan qorxur, buna görə də vaxtının böyük hissəsini xaricdə, xidməti səfərlərdə keçirir”.
Globalinfo.az xəbər verir ki, bunu Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.
“Zelenski vaxtının böyük hissəsini guya mühüm dövlət səfərləri adı altında xaricdə keçirməyi əbəs yerə seçmir. Əsl səbəb isə onun Ukraynaya qayıtmaqdan, sadə ukraynalılarla üz-üzə gəlməkdən qorxmasıdır. Çünki o, həmin insanların yaxınlarını yad maraqlar uğrunda döyüşməyə məcbur edərək ölümə göndərib.
Zelenskinin əlləri dirsəklərinə qədər qana batıb və o, bu günahdan heç vaxt təmizlənə bilməyəcək. Zelenski öz ətrafına etibar etmir, həmçinin onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan siyasi və millətçi qruplaşmalardan ehtiyat edir”, – deyə Konstantinov bildirib.
Əliyar Xəlil
Globalinfo.az