image 12

105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 14 – noyabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib. 

Globalinfo.az xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, torpaq və digər məsələlərlə bağlı olub.

Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

“Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək. Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz”.

FB IMG 1794672425309 FB IMG 1794672434055

Paylaş: