1035202 src

Kanadada təhsil haqqı, kirayə mənzillər və ərzaq məhsullarının qiymətinin kəskin artması genişmiqyaslı tələbə etirazlarına səbəb olub.

Globalinfo.az xəbər verir ki, ən gərgin vəziyyət Monreal şəhərində yaşanıb.

Küçə yürüşü polislə qarşıdurmaya çevrilib. Etirazçılar universitetlərə dövlət maliyyəsinin artırılmasını və tələbələrə maddi dəstək sisteminin yenidən nəzərdən keçirilməsini tələb ediblər.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar zamanı bir neçə binaya və park edilmiş avtomobillərə ziyan dəyib, üç aksiya iştirakçısı saxlanılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: